Şirkətimiz haqqında

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində əhəmiyyətli rol oynayaraq tikinti sahəsində yeni yanaşmaların tətbiqinə töhfə verən PrimeProject 2026-ci ildə fəaliyyətə başlamışdır. Şirkət yaranan andan etibarən həyata keçirdiyi işlər və qazandığı nəticələrlə sektorda tanınan və etimad olunan qurumlardan birinə çevrilmişdir.

PrimeProject MMC qısa müddət ərzində yaşayış kompleksləri, ictimai təyinatlı tikililər və müxtəlif təyinatlı infrastruktur layihələri üzrə layihə-smeta sənədlərinin tərtibi, layihələrin texniki ekspertizası, müəllif nəzarəti və tikinti proseslərinə nəzarət xidmətlərinin göstərilməsi sahəsində yüksək göstəricilər əldə etmişdir. Həmçinin, şirkət texniki-iqtisadi əsaslandırmaların hazırlanması və onların icrası üzrə də peşəkar fəaliyyət nümayiş etdirərək mühəndislik və layihələndirmə bazarında mövqeyini möhkəmləndirmişdir.

Əftarlı məlumat
15 illik Təcrübə