Ekspertiza təcrübəsi
Çoxsaylı layihəmiz dövlət ekspertizasından uğurla keçib. Layihə paketlərini normativ sənədlərə tam uyğun və icraya hazır təhvil veririk.
Mülki, sənaye və infrastruktur obyektləri üçün konsept mərhələsindən işçi sənədlərə qədər kompleks memarlıq və mühəndislik xidmətləri.
Şirkətimiz qüvvədə olan dövlət lisenziyası əsasında mülki, sənaye və infrastruktur təyinatlı obyektlərin layihələndirilməsi sahəsində kompleks memarlıq və mühəndislik xidmətləri göstərən peşəkar təşkilatdır. Fəaliyyətimiz konsept mərhələsindən işçi sənədlərin hazırlanmasına qədər layihənin bütün mərhələlərini əhatə edir.
Hər bir layihədə funksionallıq, estetik dəyər və mühəndis dəqiqliyinin vəhdətini əsas prinsip kimi rəhbər tuturuq. Layihələr hazırlanarkən yerli iqlim şəraiti, ətraf mühit amilləri, normativ tələblər və sifarişçinin texniki tapşırığı əsas götürülür.
Çoxsaylı layihəmiz dövlət ekspertizasından uğurla keçib. Layihə paketlərini normativ sənədlərə tam uyğun və icraya hazır təhvil veririk.
Memarlıq, konstruktiv və mühəndis sistemləri bölmələri vahid idarəetmə sistemi əsasında bir-biri ilə uzlaşdırılır.
Revit, ArchiCAD, Tekla Structures, LIRA-SAPR və Civil 3D kimi beynəlxalq təcrübədə istifadə olunan proqramlarla işləyirik.
Smeta optimizasiyası və texniki-iqtisadi baxımdan optimallaşdırılmış həllər sifarişçi üçün səmərəlilik təmin edir.
Komandamızın formalaşmış təcrübəsi iki onillikdən artıq dövrü əhatə edir.
Müxtəlif təyinatlı yaşayış, ictimai, sənaye və infrastruktur obyektləri layihələndirilib.
Uzun illər ərzində toplanmış bilik və praktiki təcrübə ilə şirkət 2025-ci ildən yenilənmiş brend adı altında fəaliyyət göstərir.
Konsepsiyadan işçi sənədlərə qədər tam layihə müşayiəti, tikinti prosesində isə müəllif nəzarəti.
02
Memarlıq Layihələndirməsi
Şirkətimiz yaşayış, ictimai və kommersiya obyektləri üçün müasir memarlıq yanaşmalarına və normativ tələblərə uyğun, funksional və estetik layihə həlləri hazırlayır.
03
Konstruktiv Layihələndirmə
Konstruktiv layihələndirmə binaların və qurğuların dayanıqlığını və təhlükəsizliyini təmin edən ən mühüm mərhələlərdən biridir.
04
Mühəndis Sistemlərinin Layihələndirilməsi
Binaların və qurğuların bütün mühəndis təminat sistemlərinin layihələndirilməsi şirkətimizin əsas fəaliyyət istiqamətlərindən biridir.
05
Nəqliyyat və İnfrastruktur Layihələri
Şirkətimiz yol-nəqliyyat və mühəndis infrastrukturu sahəsində kompleks layihələndirmə xidmətləri göstərir.
06
Layihə Sənədləşməsi və Layihə İdarəetməsi
Şirkətimiz layihələrin bütün mərhələlərini əhatə edən tam sənəd paketi və layihə idarəetməsi xidmətləri təqdim edir.
“Məqsədimiz yalnız tikinti üçün sənəd hazırlamaq deyil, uzunömürlü, funksional və mühitə dəyər qatan memarlıq-mühəndis həlləri yaratmaqdır.”
Şirkətimiz qüvvədə olan dövlət lisenziyası əsasında mülki, sənaye və infrastruktur təyinatlı obyektlərin layihələndirilməsi sahəsində kompleks memarlıq və mühəndislik xidmətləri göstərən peşəkar təşkilatdır. Fəaliyyətimiz konsept mərhələsindən başlayaraq işçi sənədlərin hazırlanmasına qədər layihənin bütün mərhələlərini əhatə edir və sifarişçiyə tam koordinasiyalı, icraya hazır layihə həlləri təqdim edir.
Hər bir layihədə funksionallıq, estetik dəyər və mühəndis dəqiqliyinin vəhdətini əsas prinsip kimi rəhbər tuturuq, müasir memarlıq və mühəndislik yanaşmalarını tətbiq edirik. Layihələr hazırlanarkən yerli iqlim şəraiti, ətraf mühit amilləri, normativ tələblər və sifarişçinin texniki tapşırığı əsas götürülür.
Şirkətimiz 2025-ci ildən etibarən yenilənmiş brend adı altında fəaliyyətini davam etdirir. Uzun illər ərzində toplanmış bilik və praktiki təcrübə bu gün həyata keçirdiyimiz layihələrin keyfiyyətinin əsasını təşkil edir. Komandamızın formalaşmış peşəkar təcrübəsi 20 ildən artıq dövrü əhatə edir və bu müddət ərzində müxtəlif təyinatlı 500-dən çox layihə uğurla icra olunmuşdur.
Məqsədimiz yalnız tikinti üçün sənəd hazırlamaq deyil, uzunömürlü, funksional və mühitə dəyər qatan memarlıq- mühəndis həlləri yaratmaqdır.
Müxtəlif təyinatlı bina və qurğuların memarlıq layihələri funksionallıq, təhlükəsizlik, normativ uyğunluq və estetik prinsiplər əsasında hazırlanır.
Daşıyıcı sistemlərin etibarlılığı və davamlılığı əsas prioritetimizdir.
Yol-nəqliyyat və mühəndis infrastrukturu üzrə kompleks layihə həlləri təqdim edirik.
Su ehtiyatlarının idarə olunması və torpaq meliorasiyası sahəsində mühəndis həlləri hazırlanır.
Binaların və qurğuların bütün daxili və xarici mühəndis təminat sistemləri layihələndirilir.
Layihələrin tam sənəd paketi və təşkilati bölmələri də xidmətlərimizə daxildir.
Şirkətimiz dövlət qurumları, yerli icra hakimiyyətləri və özəl sifarişçilər üçün genişmiqyaslı memarlıq və mühəndis layihələndirmə xidmətləri göstərir. Fəaliyyətimiz həm yeni tikinti layihələrini, həm də mövcud obyektlərin yenidən qurulması və abadlaşdırılması işlərini əhatə edir.
Şirkət qüvvədə olan dövlət lisenziyası əsasında fəaliyyət göstərir və layihələr qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanır.
Şirkətimiz layihələrin hazırlanması zamanı beynəlxalq təcrübədə geniş tətbiq olunan müasir proqram təminatlarından istifadə edir. Bu proqramlar layihələrin dəqiqliyini, koordinasiyasını və normativ uyğunluğunu təmin edir.
Şirkətimiz müxtəlif mürəkkəblik dərəcəsinə malik layihələr üzrə konseptual mərhələdən işçi sənədlərin hazırlanmasına qədər bütün layihələndirmə prosesini vahid idarəetmə sistemi əsasında həyata keçirir.
Bu yanaşma sifarişçilərə tam koordinasiyalı, keyfiyyətli və icraya hazır layihə həlləri təqdim etməyə imkan verir.
Texniki tapşırığınızı göndərin və ya bizə zəng edin. Mütəxəssisimiz qısa müddətdə sizinlə əlaqə saxlayacaq.