Konstruktiv layihələndirmə binaların və qurğuların dayanıqlığını və təhlükəsizliyini təmin edən ən mühüm mərhələlərdən biridir. Şirkətimiz dəmir-beton, metal və xüsusi konstruktiv sistemlərin hesablanması və layihələndirilməsi üzrə peşəkar xidmətlər göstərir. Layihələr müasir mühəndis proqram təminatlarından istifadə etməklə hazırlanır və qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə tərtib edilir. Daşıyıcı konstruksiyaların etibarlılığı, iqtisadi səmərəlilik və texniki optimallaşdırma layihələndirmə prosesində əsas prioritetlərimizdəndir. Nəticədə sifarişçiyə təhlükəsiz və uzunömürlü konstruktiv həllər təqdim olunur.
Konstruktiv Layihələndirmə
Konstruktiv layihələndirmə binaların və qurğuların dayanıqlığını və təhlükəsizliyini təmin edən ən mühüm mərhələlərdən biridir.
Əlaqə
Layihənizi birlikdə planlaşdıraq
Texniki tapşırığınızı göndərin və ya bizə zəng edin. Mütəxəssisimiz qısa müddətdə sizinlə əlaqə saxlayacaq.