Layihələndirmə və mühəndislik xidmətlərimiz

Dövlət qurumları, yerli icra hakimiyyətləri və özəl sifarişçilər üçün yeni tikinti, yenidənqurma və abadlaşdırma layihələri hazırlayırıq.

İş prosesi

Layihə üzərində iş mərhələləri

Texniki tapşırıq

Sifarişçinin texniki tapşırığını, ərazinin xüsusiyyətlərini, yerli iqlim şəraitini və normativ tələbləri öyrənirik.

Konseptual mərhələ

Memarlıq həllərini hazırlayır, fasad dizaynı və 3D vizuallaşdırma ilə layihənin ideyasını təqdimat materiallarında göstəririk.

İşçi layihə və smeta

Memarlıq, konstruktiv və mühəndis sistemləri bölmələrini uzlaşdırır, işçi sənədləri, TTL və smeta sənədlərini hazırlayırıq.

Ekspertiza və müəllif nəzarəti

Layihəni dövlət ekspertizasından keçirir, tikinti prosesində müəllif nəzarətini və texniki müşayiəti təmin edirik.

Əlaqə

Layihənizi birlikdə planlaşdıraq

Texniki tapşırığınızı göndərin və ya bizə zəng edin. Mütəxəssisimiz qısa müddətdə sizinlə əlaqə saxlayacaq.